Siyasət

Azərbaycan və Rusiyanın Ticarət-Sənaye palataları əməkdaşlıq haqqında saziş imzaladı

17 Aprel 2012 11:51
Baxış: 356
Azərbaycanın və Rusiya Federasiyasının Ticarət-Sənaye palataları əməkdaşlıq haqqında saziş imzalayıblar.

Trend
-in məlumatına görə, saziş çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunun gedişində imzalanıb.

Sənədi Azərbaycanın Ticarət-Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə və RF TSP-nin vitse-prezidenti Aleksandr Rıbakov imzalayıb.

Biznes forumunun gedişində habelə Azərbaycanın Ticarət-Sənaye Palatası ilə Nijeqorod vilayəti Ticarət-Sənaye Palatası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Sazişi Azərbaycanın Ticarət-Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə və Nijeqorod vilayəti TSP-nin nümayəndəsi İrina Dosenko imzalayıblar.

Biznes forumu Azərbaycanın Ticarət-Sənaye Palatası tərəfindən təşkil olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.