Azərbaycan və Rusiyanın Ticarət-Sənaye palataları əməkdaşlıq haqqında saziş imzaladı
17 Aprel 2012 11:51
Azərbaycanın və Rusiya Federasiyasının Ticarət-Sənaye palataları əməkdaşlıq haqqında saziş imzalayıblar.
Trend-in məlumatına görə, saziş çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunun gedişində imzalanıb.
Sənədi Azərbaycanın Ticarət-Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə və RF TSP-nin vitse-prezidenti Aleksandr Rıbakov imzalayıb.
Biznes forumunun gedişində habelə Azərbaycanın Ticarət-Sənaye Palatası ilə Nijeqorod vilayəti Ticarət-Sənaye Palatası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Sazişi Azərbaycanın Ticarət-Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə və Nijeqorod vilayəti TSP-nin nümayəndəsi İrina Dosenko imzalayıblar.
Biznes forumu Azərbaycanın Ticarət-Sənaye Palatası tərəfindən təşkil olunub.
Milli.Az