Siyasət

Rusiyalı sülhməramlılar “Report”un avtomobilini əzdilər - FOTO

12 Dekabr 2022 11:45
Baxış: 2 857

Rusiya sülhməramlılarının hərbçisi "Report"un avtomobilinə avtomat silahla zərər yetirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyası zamanı qeydə alınıb.

Aksiyanın işıqlandırılmasında iştirak edən "Report" İnformasiya Agentliyinin (İA) avtomobilinə zərər yetirilib. Belə ki, sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı ilə avtomobili əzib.

Hazırda etiraz aksiyası davam edir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.