Siyasət

Orta Dəhliz təkcə Azərbaycan üçün deyil... - Doran

26 Noyabr 2022 19:27
Baxış: 576

Orta Dəhliz təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün çox mühüm layihədir.

Bunu Report-a açıqlamasında Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran deyib.

"Azərbaycanın gücü günü-gündən artır. Orta Dəhliz layihəsi təkcə Azərbaycana deyil, bütün dünyaya böyük perspektivlər açır", - alim bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ilə Avropanın kəsişməsində yerləşdiyinə görə bu ölkədən keçən nəqliyyat və kommunikasiya dəhlizləri bir çox dövlətlər üçün yüklərin tranziti üçün geniş imkanlar yaradır.

M.Doran işğaldan azad edilmiş ərazilərin, xüsusən də Ağdam şəhərinin bərpası ilə bağlı fikirlərini bölüşərkən bərpaetmə işlərinin sürətli həyata keçirilməsindən təəccübləndiyini deyib:

"Bir neçə gün əvvəl Zəngilanda səfərdə idim. Orada gördüklərim məndə dərin təəssürat yaradıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.