İran Azərbaycanla münasibətləri həqiqətən normallaşdırmaq istəyirsə, Ermənistana dəstəyi dayandırmalıdır - Sahil Kərimli
Əgər İranın Ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti öz açıqlamalarında həqiqətən səmimidirsə, rəsmi Tehran Ermənistana dəstək verməkdən çəkinməli, Azərbaycanla münasibətlərin normallaşmasına nail olmalı, ölkəmizin ərazi bötüvlüyünə hörmətlə yanaşmalıdır. Yalnız bu halda bölgədə sülhdən, təhlükəsizlikdən və dostluqdan danışmaq olar.
Bu fikirləri Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.
"Cənub qonşumuz İran nəhayət başa düşür ki, Azərbaycanla hədə-qorxu və ya güc dili ilə danışmaq yolverilməzdir. İran rəhbərliyi anlayır ki, sərhədlərimizdə təlimlər keçirərək şou yaratmaq, sərsəm siyasi açıqlamlar səsləndirməklə Azərbaycan dövlətinin iradəsinə təsir etmək mümkün deyil", - deyə o, əlavə edib.
S.Kərimli vurğulayıb ki, bu açıqlama faktiki olaraq İran rəbhərliyinin geri çəkilməsidir.
"Rəsmi Tehran gördü ki, Azərbaycanı təhdid etmək, hədələmək heç bir nəticə verməyəcək. Məlumdur ki, ölkələrimiz arasında yaranan gərginlikdə məsuliyyət birbaşa İranın üzərinə düşür. Azərbaycan daim İrana dost və qardaş münasibəti bəsləyib, yürütdüyü siyasətdə səmimi olub. Hətta Prezident İlham Əliyev Xudafərin körpüsnü dostluq körpüsü adlandırmışdı. Amma İran dövləti bu xoş məramı layiqincə dəyərləndirə bilmədi. Ermənistana siyasi dəstək vermək, Qafanda konsulluğun açılması, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirilməsi, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə yönələn hörmətsizlik İran rəhbərliyinin yol verdiyi ciddi səhvlərdir. Görünən odur ki, İranın siyasi rəhbərliyi bu addımların səhv olduğunu başa düşür. Buna görə də Azərbaycanla münasibətlərə həssas yanaşmağa qərar verilib", - deyə S.Kərimli əlavə edib.
S.Kərimli onu da qeyd edib ki, Qarabağın işğal edilməsində, sonrakı illərdə tarixi ərazilərimizin talan olunmasında İranın Ermənistana verdiyi dəstəyi Azərbaycan xalqı unutmayıb.
"Qarabağ və Şərqi Zəngəzurda tarixi, dini və mədəni abidələrimizin erməni vandalları tərəfindən dağıdılmasına, məscidlərimizin təhqir edilməsinə İranın heç bir reaksiya verməməsini də yaxşı xatırlayırıq. İran eyni zamanda xalqımızın ermənilər tərəfindən qanlı soyqırım cinayətlərinə məruz qalmasına da göz yumub. Təəssüflər olsun ki, İran bu gün də terrorizmə, revanşist meyllərə dəstək verirərək Ermənistana himayədarlıq edir", - deyə S.Kərimli əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)





