Siyasət

Sentyabr döyüşlərində məhv edilmiş 51 erməninin adı açıqlandı

15 Noyabr 2022 08:24
Baxış: 967

Ermənistandakı Hərbçilərin Sığorta Fondu bu ilin sentyabrında Azərbaycana təcavüz cəhdi zamanı məhv edilmiş hərbçilərin ikinci siyahısını açıqlayıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir. Siyahıda 51 hərbçinkn ad-soyadı, doğum tarixi var. Əksəriyyəti 2002-2003-cü illərdə doğulanlar olsa da, siyahıya bir neçə yaşlı hərbçilər də əlavə olunub. İstisna deyil ki, onlar zabitlər və ya muzdlulardır.

Qeyd edək ki, 2 noyabrda 93 ölü hərbçinin siyahısı açıqlanmışdı. Baş nazir Nikol Paşinyan 200-dən çox hərbçinin ölümünü etiraf etmişdi. Göründüyü kimi, siyahı tədricən açıqlanır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.