Siyasət

“Azərbaycanla sülh müqaviləsinin bir neçə variantı var”

12 Noyabr 2022 08:00
Baxış: 1 191

"Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, sülh sazişinin bir neçə variantı var:

"Bu variantlardan biri bütün mümkün məsələləri dəqiqləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edəcək bir saziş bağlamaq olar. Azərbaycanın bu yolla getməsi məqbuldursa, o zaman problem həll oluna bilər".

"Həmçinin beynəlxalq ictimaiyyət xəbərdar olmalıdır ki, sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır", - deyə o bildirib.

Paşinyan əlavə edib ki, İrəvan sülh müqaviləsinin mətni ilə bağlı təklifləri Vaşinqtonda keçirilən görüşdə müzakirə olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.