"Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, sülh sazişinin bir neçə variantı var:
"Bu variantlardan biri bütün mümkün məsələləri dəqiqləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edəcək bir saziş bağlamaq olar. Azərbaycanın bu yolla getməsi məqbuldursa, o zaman problem həll oluna bilər".
"Həmçinin beynəlxalq ictimaiyyət xəbərdar olmalıdır ki, sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır", - deyə o bildirib.
Paşinyan əlavə edib ki, İrəvan sülh müqaviləsinin mətni ilə bağlı təklifləri Vaşinqtonda keçirilən görüşdə müzakirə olunub.
Milli.Az