Siyasət

Moskvada “Şuşa, sən azadsan!” filmi nümayiş etdiriləcək

8 Noyabr 2022 09:11
Baxış: 878

Noyabrın 9-da Moskvada "Şuşa, sən azadsan!" filmi nümayiş etdiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, XTNS-nin "Azərbaycan" pavilyonunda Azərbaycanın Dövlət Bayrağı Gününə və 2020-ci il Vətən müharibəsində Zəfər Gününə həsr edilmiş filmin qapalı nümayişi olacaq.

Real hadisələr əsasında çəkilmiş film "Baku Media Center"in və "Salnaməfilm" studiyasının birgə işidir. Filmin baş prodüseri Arzu Əliyevadır.

Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının maraqlı detallarının əks edildiyi filmdə bu əməliyyatın iştirakçıları olmuş şanlı Azərbaycan əsgər və zabitləri ilə müsahibələr, Şuşa şəhəri uğrunda döyüşlərin gedişatında çəkilmiş eksklüziv kadrlar təqdim edilir.

Film Azərbaycan dilində nümayiş etdiriləcək.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.