Siyasət

Azad edilən ərazilərdə minaya düşənlərin sayı açıqlandı

5 Noyabr 2022 10:46
Baxış: 777

"Azərbaycan dövlətinin əsas prioriteti azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin ata-baba yurdalarına qayıtmasıdır. Azad edilən ərazilərdə işlərin görülməsində ən böyük təhlükə minalarla bağlıdır".

Milli.Az bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indiyədək həmin ərazilərdə 267 Azərbaycan vətəndaşı minların qurbanı olub: "Minaların təmizlənməsi istiqamətində işlərimiz davam edir və günbəgün genişlənir. Azad edilən ərazilərdə yenidən infrastruktur qurulur".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.