Siyasət

Soçidə təkliflərim rədd edildi - Paşinyan

2 Noyabr 2022 11:53
Baxış: 3 047

Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.

O qeyd edib ki, amma bu təklif rədd edilib.

Paşinyan sülhməramlıların manatının uzadılması məsələsinin gündəmdə qalacağını əlavə edib.

"Biz mandatın qeyri-müəyyən müddətə - 5 il, 20 il uzadılmasını təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktualdır və gündəliyə salınacaq", o deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.