Siyasət

“Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək” - Putin

27 Oktyabr 2022 23:42
Baxış: 1 941

"Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.

"Siz heç nədən imtina edə bilməzsiniz: çar imperiyasında da, Sovet İttifaqının tarixində də kifayət qədər müsbət məqamlar var idi", - deyə Prezident vurğulayıb.

O qeyd edib ki, hər iki dövrün öz çətinlikləri olub, lakin onlar müxtəlif yollarla aradan qaldırılıb.

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bir müddət əvvəl Putinin SSRİ-ni yenidən yaratmaqla tarix yazmağa can atdığını bildirmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.