Siyasət

İranın Qafandakı baş konsulu prioritetlərini açıqladı

26 Oktyabr 2022 12:35
Baxış: 1 187

"Fars News"un xəbərinə görə, İranın Qafanda şəhərindəki baş konsulu Abedin Vəramin deyib: "Yaxın iki-üç həftə ərzində mən rəsmən fəaliyyətə başlayacağam və prioritetlərimdən biri yük maşınlarının rahat hərəkəti, sərhəddə və gömrükdə dayanma vaxtının qısaldılması olacaq".

O, dünən Şərqi Azərbaycan əyalətinin başçısı ilə görüşdə Ermənistanda mövcud potensial və imkanlara işarə edərək bildirib: "Baş konsulluğun imkanlarından istifadə etməkdə Şərqi Azərbaycan əyaləti prioritet sayılır".

Konsulluğun missiyasının işləri asanlaşdırmaq və ticarətə maneələri aradan qaldırmaq olduğunu deyən İran konsulu əlavə edib: "Yaxın bir ay ərzində konsulluğun fəaliyyəti ilə bağlı bölgədəki vilayətlərin başçılarına məlumat verəcəyəm".

Vəramin habelə iqtisadiyyatı dirçəltmək və mübadilələri artırmaq üçün Şərqi Azərbaycandan olan istehsalçıların iştirakı ilə Qafanda sərgi təşkil etməyi təklif edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.