Siyasət

"Kasparov, sən idiotsan!" - İlon Mask qəzəbləndi - FOTO

25 Oktyabr 2022 09:51
Baxış: 5 988

ABŞ-dakı "Tesla" və "SpaceX" korporasiyalarının banisi, habelə baş direktoru İlon Mask şahmat üzrə sabiq dünya çempionu Harri Kasparovu aşağılayıb.

Milli.Az bildirir ki, Harri Kasparov CNBC telekanalında qatıldığı proqramda Ukraynadakı situasiyanı şərh edərkən deyib: "İlon Maskın Ukraynadakı situasiya ilə bağlı "nizamlanma planı" əsl mənəvi idiotizmdir. Silikon Vadisindəki malikanələrində rahat oturan insanlar Kiyevə necə davranmaqla bağlı göstəriş verə bilməzlər".

Buna cavab olaraq İlon Mask Twitter-dəki mikrobloqunda yazıb: "Kasparov mənim iPhone telefonum qədər yaxşı şahmat oynasa da, yerdə qalan bütün işlərdə idiotdur. Sarsaq, mənim evim belə yoxdur - o ki ola "malikanə"".

Xatırladaq ki, İlon Mask Rusiyanın Ukraynada işğal etdiyi ərazilərdə BMT nəzarəti ilə təkrar referendumun keçirilməsini, Krım yarımadasının Rusiyanın tərkibində qalmasını, Krımın su təminatının yaxşılaşdırılmasını və Ukraynanın neytral dövlət olmasını təklif etmişdi.

Rəsmi Kiyev amerikalı milyarderin təkliflərini sərt tənqid edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.