Siyasət

İran: Rusların PUA-larımızı istifadə etdiyi sübut edilsə...

25 Oktyabr 2022 08:54
Baxış: 1 463

İran Rusiyaya kamikadze PUA-larının tədarükü ilə bağlı Ukrayna ilə birgə araşdırmaya hazırdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

O, İran PUA-larının ruslar tərəfindən istifadəsi sübuta yetiriləcəyi təqdirdə, bu məsələyə biganə qalmayacağına söz verib.

Qeyd edək ki, Rusiya Ukrayna müharibəsində aktiv şəkildə "Şahid" kamikadze dronlarından istifadə etməkdədir, İran isə bunu təkzib edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.