Siyasət

“Bayraqdar”lar hanı? – Arestoviçin cavabı

23 Oktyabr 2022 23:07
Baxış: 1 577

"Bayraqdar"larla hər şey qaydasındadır. Andrey Yermak Türkiyəyə bir ay öncə boş yerə getmədi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç "Bayraqdar"ların fəaliyyəti haqda heç bir məlumat olmaması haqda danışarkən deyib.

"Bayraqdar"larla hər şey yaxşıdır, sadəcə, biz onları yaymırıq. Onlar bizim hər ikinci xəbərimizdə "işıq saçmır": "Bayraqdar" qələbə çaldı, "Bayraqdar" elə, "Bayraqdar" belə... Onlar işləyir, ancaq biz onlara diqqəti yönəltmək istəmirik, bu mövzunu tətikləmirik", - o bildirib.

Aleksey Arestoviç Türkiyənin Ukrayna müharibəsi ilə bağlı mövqeyini və əsirlərin mübadiləsində vasitəçiliyini nəzərə alaraq, bunun diplomatik məqsədlə edildiyini qeyd edib. O, bu mövqeyi "ağıllı" adlandırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.