Siyasət

Bunu etməsək, hücumların öhdəsindən gələ bilmərik

22 Oktyabr 2022 08:32
Baxış: 877

Türkiyə olaraq islamofobiyaya qarşı qlobal mübarizə aparırıq. Siyasi həll səylərinə daha effektiv dəstək verməliyik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İnformasiya Nazirlərinin 12-ci Toplantısında deyib.

"Biz bütün cəbhələrdə əməkdaşlığımızı inkişaf etdirmədən İslam dünyasını hədəf alan hücumların öhdəsindən gələ bilmərik. Bu sahədə dəstək vacibdir. 2016-cı ildə keçirilən 13-cü İslam Sammitində biz İslamın düzgün izah edilməsinin vacibliyini vurğulamışdıq. Qəbul etdiyimiz 10 illik fəaliyyət planı çərçivəsində hədəflər qoymuşuq, lakin hələ ki, onlara çatmamışıq", - Ərdoğan qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.