Siyasət

ABŞ Ukraynaya desant diviziyası yeritməyə hazırdır

22 Oktyabr 2022 08:48
Baxış: 816

Amerika Birləşmiş Ştatları 101-ci Hava Desant Diviziyasını hərbi təlimlərdə iştirak etmək üçün Avropaya yerləşdirib.

ABŞ-ın 101-ci Hava-Desant Diviziyası NATO ilə Rusiya arasında gərginləşən münasibətlər fonunda 80 ildə ilk dəfə olaraq Avropada peyda olub.

Belə ki, 4,7 min əsgərdən ibarət olan diviziya hazırda Rumıniyada yerləşirlər. Diviziya komandiri Avropaya NATO ərazisini qorumaq üçün gəldiklərini vurğulayıb.

Eyni zamanda, komandanlığın mövqeyi elədir ki, onlar növbəti gecə də döyüşə hazırdırlar və vəziyyətin gərginləşəcəyi təqdirdə sərhədi keçərək Ukrayna ərazisinə daxil olmaq niyyətindədirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.