Siyasət

Rusiyada hərbi hissədə atışma: Ölənlər var

15 Oktyabr 2022 23:29
Baxış: 1 221

Rusiyanın Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Belqorod vilayətində hərbi hissədə atışma olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə nəticəsində ölənlər və yaralananlar var.

Eyni zamanda "SOTA" teleqram kanalı öz mənbələrinə istinadən 22 nəfərin öldüyü, 16 nəfərin isə yaralandığını açıqlayıb. Bununla belə, atəş açan hərbçilərin sayı 3 nəfər olub. Onlardan ikisi yerindəcə öldürülüb, 1-i isə qaça bilib.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.