Siyasət

Azərbaycanlılar İsveç parlamentinin önündə piket keçirib - FOTO

24 Sentyabr 2022 12:31
Baxış: 438

İsveçdə fəaliyyət göstərən Azərbaycan icması ölkə parlamentinin qarşısında piket keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Stokholmun Minttorget (Mynttorget) meydanında baş tutan aksiya zamanı soydaşlarımız Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata və ölkəmizə qarşı aparılan təcavüzkar siyasətə etiraz ediblər.

Azərbaycannın və İsveçin dövlət bayraqlarının dalğalandırıldığı aksiyada "Qarabağ Azərbaycandır!", "Azərbaycan sülh istəyir!", "Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!", "Ermənistan, sülh müqaviləsini imzala!", "Ermənistan, təcavüzkar siyasətini dayandır!", "Ermənistan, terroru dayandır!", "Etmənistan, regionda təxribatçı olma, hərbi təxribatlarını dayandır!" və sair şüarlar səsləndirilib. Ölkəmizin ərazilərində Ermənistan tərəfindən minaların basdırılması, Azərbaycanın tarixi-mədəni abidələrinin dağıdılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı narahatlıq bildirilib.

Soydaşlarımız İsveç siyasi dairələrinin və ictimaiyyətinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.