Siyasət

Ermənistanın Londondakı səfirliyi qarşısında piket keçirilib

16 Sentyabr 2022 22:44
Baxış: 1 185

Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın Londondakı səfirliyi qarşısında icazəli piket keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a bildiriblər ki, piket iştirakçıları Ermənistan silahlı qüvvələrinin ölkəmizlə dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribata etiraz edib, mədəni irsimizin dağıdılması, Azərbaycan ərazilərində minaların basdırılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıb, siyasi dairələrin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Piketdə "Ermənistan hücum edir, Azərbaycan sərhədlərini qoruyur!", "Ermənistan sülhə yox deyib, müharibəni seçir!", "Azərbaycan ədalət tələb edir!", "Ermənistan, minalanmanı dayandır!", "Minalar mülki insanları öldürür!", "Azərbaycan torpaqlarının minalanması müharibə cinayətidir!" kimi şüarlar səsləndirilib, işğalçı siyasətə son qoyulması, bölgədə sülhün bərqərar olması üçün çağırışlar edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.