Siyasət

Rusiya XİN sərhəddəki təxribatla bağlı MƏLUMAT YAYDI: atəşkəs razılığı...

15 Sentyabr 2022 14:59
Baxış: 2 498

Regiondakı nizamlanmanın əsasını Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatlar təşkil edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı Rusiya tərəfinin mövqeyi Rusiya XİN-nin bəyanatında öz əksini tapıb. Daha ətraflı mövqe isə Rusiya XİN-nin dördüncü MDB departamentinin rəisi Denis Qonçarın müsahibəsində öz əksini tapıb. Təəssüflə olsun ki, atəşkəs haqqında birinci razılaşmadan sonra atışmalar olub. Dünən yeni razılıq əldə olundu. Ümid edirik ki, bu razılığa riayət olunacaq. Bir daha tərəfləri təmkinli olmağa və bütün problemləri siyasi diplomatik yolla həll etməyə çağırırıq", - o deyib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory