Siyasət

Ermənistana məxsus “KS-19” zenit silahı dəqiq zərbə ilə məhv edildi

14 Sentyabr 2022 13:30
Baxış: 3 034

Ermənistan Silahlı Qüvvələrinə məxsus 100 mm-lik "KS-19" zenit silahı Azərbaycan Ordusunun dəqiq zərbəsi ilə məhv edilib.

Bu barədə "Caliber"in "Telegram" kanalında xəbər verilib.

Məlumata görə, Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirilən zərbə bu gün saat 11:52-də qeydə alınıb.

Qeyd edək ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiblər. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.