Siyasət

Gürcüstan Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalardan narahatdır

13 Sentyabr 2022 12:00
Baxış: 1 077

Gürcüstanın hakim "Gürcü Arzusu"partiyası Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalara münasibət bildirib.

Milli.Az xəbər verir ki, partiyanın sədri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə qeyd edib ki, Gürcüstan regionda sülhün təmin edilməsi istiqamətində öz üzərinə düşən rolu oynamağa hazırdır.

"Bizim üçün ən vacib məsələ regionda sülhün təmin edilməsidir. Bu bizim əsas istəyimiz və tapşırığımızdır. Əgər Gürcüstan və gürcü rəsmilər bu məsələdə hər hansı bir rol oynaya bilərsə, əlbəttə biz buna hazırıq. Hər kəs üçün əsas tapşırıq əlbəttə ki, münaqişənin dayandırılması olmalıdır", - deyə Kobaxidze bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.