Siyasət

Ordumuz Qırmızı Bazarı atəşə tutub? - RƏSMİ AÇIQLAMA

12 Sentyabr 2022 13:06
Baxış: 2 550

Ordumuzun Qırmızı Bazar istiqamətində atəş açması yalandır.

Milli.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir:

"Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir.

Bu məlumatı qəti surətdə təkzib edirik" - açıqlamada deyilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.