Siyasət

Bu ölkə Ukraynaya daha iki hərbi yardım partiyası göndərəcək

20 Avqust 2022 20:28
Baxış: 693

Litva Ukraynaya 28 hərbi yardım paketi təqdim edib və daha ikisini hazırlayır.

Bu barədə Litvanın milli müdafiə naziri Arvidas Anuşauskas "Twitter" səhifəsində məlumat verib.

"Müharibə başlayandan Litvadan Ukraynaya 28 hərbi dəstək göndərilib. 29 və 30-cu göndərişlər artıq hazırlıq mərhələsindədir", - o qeyd edib.

Növbəti paketlərə nələrin daxil olacağı barədə nazir yaxın vaxtlarda məlumat verəcəyini vəd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.