Siyasət

“Putin bu tarixdə SSRİ-nin bərpasını elan edəcək” – Şok iddia

18 Avqust 2022 22:03
1 Şərh     Baxış: 1 932

"Böyük ehtimalla Rusiya Prezidenti Vladimir Putin dekabrın 22-də SSRİ-nin bərpa olunduğunu elan etmək istəyir".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun fikrincə, hadisələrin inkişafının belə ehtimalı mümkündür, çünki Putin rəqəmləri - müxtəlif "müqəddəs tarixləri", bayramları və ya yubileyləri sevir.

Jdanov Belarus lideri Aleksandr Lukaşenkonun bu yolda Putini dəstəkləsə də, aralarında fikir ayrılıqlarının olduğunu da söyləyib:

"Lukaşenko həm də Putin üçün problemdir. Niyə? Çünki Lukaşenko Belarusun Rusiyaya birləşməsinə razı deyil. Eyni zamanda, Belarus ordusunun Ukraynaya qarşı müharibədə Rusiya tərəfindən döyüşməsini istəmir. Niyə? Çünki bundan birbaşa məsuliyyət daşıyan odur. Belarus prezidentinin kreslosunda otran Lukaşenkodur. Ya ordudan, ya da respublikanın suverenliyindən imtina edən kimi, bu vəzifədə mütləq qalmayacaq. Ya bu xəyanətə görə öz elitası, ya da Putin tərəfindən taxtdan salınacaq. Çünki bu halda Lukaşenko onun üçün ciddi problemə çevriləcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.