Siyasət

"Ruslara nifrət edirəm!" - Diplomatik qalmaqal

30 İyul 2022 22:03
0 Şərh     Baxış: 2 422

Diplomatik qalmaqal artıq Rusiya Xarici İşlər Nazirliyinə gedib çatıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Norveçin Rusiyadakı konsulu Elisabet Ellinqsen Murmanskdakı otellərindən birində gözlənilmədən qalmaqal yaradıb.

Diplomat etiraz çıxışını ruslara nifrət bəslədiyini açıq söləməklə yekunlaşdırıb.

Mənbənin yazdığına görə, hər şey otelin əməkdaşının nomrədə səliqə-sahman yaradılana qədər xanım Ellinqsendən gözləməyi xahiş etməsindən sonra başlayıb. Bu gözləmə proseduru diplomatın heç xoşuna gəlməyib və o, buna etirazını bütün rus xalqının ünvanına yönəltməklə biruzə verib. Norveç konsulunun bu çıxışı Rusiya Xarici İşlər Nazirliyinə çatdırılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.