Siyasət

Azərbaycanda istilik sahəsi üzrə yeni cərimələr tətbiq ediləcək

25 İyul 2022 17:22
Baxış: 1 067

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində və "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunları təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yenilənmiş Məcəlləyə və qanuna əsasən, bundan sonra istilik sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa maneələr törədən istehlakçılar cərimə ediləcək.

Cərimənin məbləği fiziki şəxslər üçün 20 manat, vəzifəli şəxslər üçün 50 manat, hüquqi şəxslər isə 100 manat olacaq.

İndiyə qədər bu cərimə yalnız qaz və elektrik enerjisi sahələrində tətbiq edilirdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.