Siyasət

Avroparlamentarilər Zurabişvili ilə görüşdü: Bakıya gələcəklər

21 İyul 2022 08:32
0 Şərh     Baxış: 649

Tiflisdə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, görüşdə Gürcüstanın Avropa Birliyi ilə assosiasiya sazişini yerinə yetirməsinə dair illik hesabat və ölkənin AB-yə namizəd statusunun qəbulu ilə bağlı etdiyi müraciət müzakirə olunub.

Görüşdən sonra açıqlama verən Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makallister bildirib ki, Gürcüstan namizəd statusu almaq üçün müəyyən prioritet məsələləri həll etməlidir.

Məlumata əsasən, səfər çərçivəsində nümayəndə heyətinin üzvlərinin ictimai müdafiəçi, qeyri-hökumət sektoru, o cümlədən icra hakimiyyəti və müxalifət nümayəndələri ilə də görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Avropa Parlamentinin deputatları Gürcüstandan sonra Ermənistan və Azərbaycana da səfər edəcəklər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.