Rusiya qoşunları Zaporojyeyə raket hücumları həyata keçirib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
"İstintaqın məlumatına görə, iyulun 13-də təcavüzkar ölkənin hərbçiləri Zaporojyenin infrastrukturunu atəşə tutub. Raketlər sənaye müəssisələrindən birinə düşüb. İlkin məlumata görə, 14 nəfər yaralanıb", - Baş Prokurorluq bildirib.
Milli.Az