Rusiya bu şəhərə raket zərbələri endirdi

14 İyul 2022 08:37

Rusiya qoşunları Zaporojyeyə raket hücumları həyata keçirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

"İstintaqın məlumatına görə, iyulun 13-də təcavüzkar ölkənin hərbçiləri Zaporojyenin infrastrukturunu atəşə tutub. Raketlər sənaye müəssisələrindən birinə düşüb. İlkin məlumata görə, 14 nəfər yaralanıb", - Baş Prokurorluq bildirib.

Milli.Az