Siyasət

Ruslar 100-dən çox ukraynalı idmançını qətlə yetiriblər

9 İyul 2022 20:47
0 Şərh     Baxış: 1 241

Genişmiqyaslı müharibə başlayandan bəri 100-dən çox ukraynalı idmançı və məşqçi rus qoşunları ilə döyüşlərdə həlak olub.

Bu barədə  Ukraynanın gənclər və idman naziri Vadim Qutzait məlumat verib.

"Ruslar 100 ukraynalı idmançı və məşqçini öldürüb. Onlar döyüş meydanında və düşmən atəşindən həlak olublar. Kişilər və qadınlar. Böyüklər və uşaqlar. Onların hamısı qəhrəmandır, xalqımızın ən yaxşılarıdır", - deyə o bildirib.

Bundan əlavə, dörd idmançı yaralanıb, daha 22 idmançı Rusiya əsirliyindədir. Ukrayna tərəfi onları vətənə qaytarmağa çalışır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.