Siyasət

Ukraynada müharibənin bitəcəyi vaxt açıqlandı

7 İyul 2022 08:12
0 Şərh     Baxış: 1 439

Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç ölkəsində müharibənin bitmə vaxtı ilə bağlı yeni proqnozunu açıqlayıb.

UNİAN-a istinadən xəbər verir ki, bu barədə o Mark Feyqinlə canlı yayımda deyib.

O müharibənin 2,5 ildən sonra bitəcəyini proqnoz edib.

Arestoviçin sözlərinə görə, Rusiya ordusu Ukraynada hər hansıüstünlüyə nail olmaq imkanını artıq itirib.

O, həmçinin bildirib ki, bu ay müharibənin taleyi baxımından həlledici aydır. Avqustun əvvəlinə kimi gedişat öz sözünü deyəcək.

Qeyd edək ki, mayın sonunda Aretoviç müharibənin bir neçə ay davam edəcəyini proqnozlaşdırmışdı.

Bundan əvvəl, aprel ayında o, müharibənin bu ilin sonuna qədər başa çatacağını demişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.