Ermənistandan müharibə ANONSU - İrəvan Bakını savaşa TƏHRİK EDİR
Laçında ermənilərin İrəvanla əlaqəsi üçün inşa edilən alternativ yolun yaxın günlərdə istifadəyə veriləcəyi barədə xəbərdən sonra separatçılar, işğal dövründə Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırılan ermənilərin Laçını viran qoymağa başlamaqları azmış kimi Azərbaycana hədə-qorxu gəlməkdən də çəkinmirlər.
Ermənistan hazırda bölgədə vəziyyətin qarışması üçün əlindən gələni edir. Laçından çıxacaqlarını bilən ermənilər oradakı evləri, meşələri, obyektləri yandırırlar. Ermənilər eyni murdar davranışı Kəlbəcəri təhvil verən ərəfədə də etmişdilər.
Belə olan təqdirdə Azərbaycan ordusunun mülklərimizi, təbiətimizi məhv olmaqdan qorumaq üçün Laçında təcili əməliyyatlara başlaması üçün zərurət ortaya çıxır. Əslində Ermənistan rəhbərliyinin də istədiyi elə budur. Nəticədə Azərbaycanın 10 noyabr bəyanatına uyğun davranmadığını, müddəaları pozan tərəf olduğunu bildirərək, beynəlxalq gücləri Bakının üzərinə qaldırsın.
Bu zaman belə bir sual ortaya çıxır: Dünya və maraqlı güclər bu baş verənlərə göz yumursa, Azərbaycana başqa çıxış yolu buraxılırmı?
Amma Qərb də, Ermənistana havadarlıq edən digər qüvvələr də anlamalıdırlar ki, Azərbaycan istənilən ssenariyə hazırdır. Ermənistan tərəfi 18 aydır ki, öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyibsə, Azərbaycan da həmin öhdəlikliklərdən imtina etmək hüququnu özündə saxlayır.
Diqqətlə nəzər salsaq görərik ki, Ermənistan rəsmilərinin və Qarabağdakı qondarma rejim mənsublarının son açıqlamaları, sərhəddəki silahlı insidentlər və proseslərin mümkün inkişaf perspektivi Azərbaycana hərbi müstəvidə addım atmaqdan başqa seçim buraxmır.
Öncə Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Saak Saakyan bildirdi ki, "Biz Qarabağa müqaviləli hərbçiləri göndəririk". Bu Azərbaycana meydan oxumaq, son ilyarımda əldə olunan bütün razılıqlara, imzalanan bəyanatlara qarşı çıxmaq, onları pozmaq deyil, bəs nədir?!
Bu azmış kimi, Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan əsgərinin nəzarətinə keçəcək ərazilərdəki erməniləri Ermənistana yox, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizə köçürməyi planlaşdırmaqları ilə bağlı qulağımıza çatan sözlər (qondarma rejimin separatçı rəhbəri Araik Arutyunyan: "Laçın şəhərini təhvil verəcəyik, lakin Zabux məsələsini həll etmək üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparırıq" - red.) hayları məcbur da olsaq növbəti Dəmir yumruqla tanış etməyimiz üçün əcəl dəvətidir.
Soyuq başla proseslərə nəzər saldıqca analamaq olur ki, bunlar nə sözdən, nə danışıqlardan, nə də razılaşmalardan anlayacaq. Belə olacağı təqdirdə Azərbaycan kabinetindən nə vaxt çıxdığını, hara gedib, haradan gəldiyini belə çox yaxşı bildiyi Arayiki və onun kimi quldurları çox tezliklə Azərbaycan torpaqlarından digər çıxdıqları ünvana kimi qovacaqlar.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi





