“Ətraf satqınlarla doludur, azərbaycanlılar kabinetdən nə vaxt çıxdığımı da bilir” - Arayik Arutyunyan
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan iyunun 30-da Xankəndidə keçirilən toplantıda ermənilərin Laçın şəhərini tərk etməyə məcbur olacaqlarını bildirib.
Milli.Az xəbər verir ki, Modern.az-ın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, separatçıların toplantısında "Laçın dəhlizi" əsas müzakirə mövzusu olub. Arayik Arutyunyan bildirib ki, Xankəndini Ermənistanla birləşdirəcək "Laçın dəhlizi"nə çəkilən alternativ yolun istifadəyə verilməsilə ermənilər Laçın şəhərini tərk edəcəklər.
O, Laçının Sus və Zabux kəndlərində məskunlaşan ermənilərlə bağlı vəziyyətin də yaxşı olmadığını vurğulayıb.
"Hər şeyə baxmayaraq, biz Laçından yan keçməliyik. Biz heç kimə deməmişik ki, Laçından çıxın, amma mən hesab edirəm ki, soydaşlarımız çətin ki, Laçında qalıb yaşamağa davam etsin".
O, Laçının Zabux kəndində qanunsuz məskinlaşan ermənilərlə bağlı Rusiya tərəfilə danışıqlar aparıldığını da qeyd edib.
Yeni yoldan danışan Arutyunyan "gələcək təhlükəsizlik məsələlərinə əsaslanaraq, fikrimizcə, ən yaxşı variantı seçdik. Burada açmaq istəmədiyim sirlər var" deyib.
Separatçıların suallarını cavablandıran A.Arutyunyan erməniləri satqınlıqda da ittiham edib:
"Təəssüflər olsun ki, ətrafımızda elə bir xain şəbəkə var ki, azərbaycanlılar hətta mənim kabinetdən çıxıb "parlamentə" nə vaxt gəldiyimi bilirlər".
Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ bölgəsindən Ermənistana gedən, Laçın şəhərindən yan keçən yeni yolun 2022-ci ilin sonunadək istifadəyə veriləcəyini bəyan edib.
32 kilometrlik yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək.
Qarabağ bölgəsindən Ermənistana gedən, Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda rusların nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq.
Söhbət "Laçın dəhlizi" adlandırılan 5 kilometr enindəki zolaqda yerləşən Laçın şəhəri və rayonun 6 kəndi - Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabuxdan gedir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi





