İdman

"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)

11 Sentyabr 2026 00:52
Baxış: 3 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.

Milli.Az xəbər verir ki, İngiltərədə "Mançester Yunayted"in qonağı olan Azərbaycan çempionu 0:4 hesabı ilə məğlub olub.

"Old Trafford" stadionunda baş tutan matçda qolları Mateus Kunya (27), Brunu Fernandeş (42), Benyamin Şeşko (45) və Lisandro Martines (68) vurublar.

Qeyd edək ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.

------------
68-ci dəqiqədə Lisandro Martines hesabı 4:0 edir.

45-ci dəqiqədə Benyamin Şeşko komandasının üçüncü qolunu vurur.

-----------
Bruno Fernandeş 42-ci dəqiqədə fərqi artırır.

-----------
27-ci dəqiqədə Mateus Kunya fərqlənib.

-------------

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda qarşılaşacaq "Mançester Yunayted" (İngiltərə) və "Sabah" komandalarının start heyətləri açıqlanıb.

Milli.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Mançester Yunayted": Senne Lammens, Mateus Kunya, Leni Yoro, Lisandro Martines, Nussair Mazraui, Yuri Tilemans, Kobbi Meynu, Brayan Mbyomo, Brunu Fernandeş (k), Patrik Dorqu, Benyamin Şeşko

"Sabah": Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Kristian Nvaçuvky, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.

Xatırladaq ki, "Mançester Yunayted" - "Sabah" oyunu bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.