“Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq

10 Sentyabr 2026 09:30

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu bu gün keçirəcək.

Milli.Az-ın məlumatına görə, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda İngiltərədə "Mançester Yunayted"in qonağı olacaq.

"Old Trafford" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qarşılaşmanın baş hakimi Fransadan olan FIFA referisi Villi Delajo olacaq.

Qeyd edək ki, "Sabah" turnirin növbəti oyununda oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" komandası ilə qarşılaşacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)