Siyasət

“Lisiçanskın tutulması rusların bu müharibədə sonuncu böyük uğurudur”

5 İyul 2022 08:52
0 Şərh     Baxış: 710

Lisiçansk şəhəri üzərində nəzarətin yaradılması Rusiya ordusunun bu müharibədə sonuncu böyük uğurudur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Mark Feyqinə müsahibəsində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aristoviç bildirib.

O qeyd edib ki, Rusiya ordusu daha bir neçə kəndi ələ keçirə bilərlər.

"Mən sadəcə olaraq onların qoşunlarında nə baş verdiyini bilirəm... Başqa bir şəhəri ələ keçirmək üçün onların operativ ehtiyatlarını haradan əldə edəcəklərini bilmirəm", - deyə o vurğulayıb.

Xatırladaq ki, iyulun 3-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna qoşunlarının Luqansk vilayətinin Lisiçanskdakı mövqelərini və xətlərini tərk etdiyini bildirmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.