Nurit Qrincer: “Ermənistan üçün qərar anı – regionun bir parçası olmaq və ya təcriddə qalmaq”
"Azərbaycan xalqının işğaldan azad edilmiş ərazilərə, bütün regiona və onun hüdudlarından kənara olan sevgisi azad edilmiş ərazilərin yenidən həyata qayıtmasına və heç vaxt olmadığı qədər çiçəklənməsinə səbəb olacaq".
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalist, fəal və "İsraildə Qərb sivilizasiyasının irsi" (Western Civilization Heritage Israel Program - CHIP) proqramının yaradıcısı Nurit Qrincer Şuşaya səfərindən və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ilə görüşündən sonra yazdığı məqaləsində bildirib.
"İrəli doğru yeganə addım birgə yaşayışdan keçir. Azərbaycan Ermənistana əməkdaşlıq, dinc və qarşılıqlı hörmətə əsaslanan birgə yaşayış təklif edir. İndi Ermənistan üçün qərar anıdır - o, ya regionun bir parçası olmalı, mehriban qonşuluq münasibətlərin qazandırdığı üstünlüklərdən faydalanmalı və inkişaf etməli, ya da geriləyən iqtisadiyyat və artan yoxsulluq fonunda təcrid şəraitində qalmaqda davam etməlidir", - məqalədə deyilir.
Jurnalistin sözlərinə görə, Ermənistan beynəlxalq ictimaiyyətin məsul üzvü olmağa iddia edir, lakin Azərbaycan ərazilərini işğal altında saxladığı 30 il ərzində burada nə daşı-daş üstə qoyub, nə də bir ağac əkib.
"Ermənistan əsas "nailiyyəti" - Azərbaycanın 7 şəhərini və 900 kəndini yer üzündən silməsi olub. Los-Ancelesin ərazisindən 4-5 dəfə böyük, təxminən 10 000 kvadrat kilometrlik ərazidə ermənilər evləri sökərək daşlarını tikinti materialları qismində Ermənistana və İrana satıblar".
Onun sözlərinə görə, işğal dövründə ermənilər Şuşa şəhərində qarət və yanğınlar törədib, məscidləri, müqəddəs yerləri və digər mədəni irs obyektlərini təhqir və məhv ediblər. Ermənilər 3 azərbaycanlı musiqiçi və şairin şərəfinə ucaldılmış bürünc heykəlləri sökərək satıb, şəhərin kənarında yerləşən azərbaycanlılara məxsus qəbristanlıqda qəbirdaşlarını söküb təhqir ediblər", - o yazır. Nurit Qrincer vurğulayır ki, Azərbaycan bu əraziləri işğaldan azad etdikdən dərhal sonra bərpa və yenidənqurma işlərinə başlayıb və artıq bu işə milyardlarla vəsait xərcləyib.
Məqalədə bildirilir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanı qınayan və Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməyə, ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa və Rusiya) fəaliyyətinə baxmayaraq, 30 il ərzində Azərbaycan əraziləri erməni işğalı altında qalıb. Beynəlxalq ictimaiyyət bu işdə Azərbaycana heç bir kömək etməyib. Amansız və qanunsuz işğala son qoymaq üçün Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
-
Ərdoğan, Tokayev və Japarov “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev: TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır
-
Prezident İlham Əliyev: Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur
-
Prezident İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb
-
XİN İsrail hökumətinin “erməni soyqırımı” ilə bağlı qərarına reaksiya verib
XƏBƏR LENTİ
-
İyulun 1-dən metroda yeni qrafiklə hərəkət ediləcək
-
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
-
Azərbaycanda məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi - Rəsmi
-
"Hakim faktları kənara qoyub qərar qəbul etdi"
-
Azərbaycanla Ekvador arasında diplomatik pasport sahibləri vizadan azad ediliblər
-
Messi qrup mərhələsinin ən yaxşı futbolçusu seçildi
-
"Demokratiya TV"-nin rəhbəri həbs edildi
-
Anomal istilər Azərbaycana yaxınlaşır - Xəbərdarlıq
-
“Ana” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Tehran: ABŞ ilə bu həftə texniki görüş keçirilməyəcək
-
Konqoda Eboladan ölənlərin sayı 360 nəfərə çatıb
-
Britaniya Kolumbiyasında turistləri daşıyan qayıq batıb
-
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - Səbəb nədir?
-
Sükan arxasında telefonla danışan 11 mindən çox sürücü aşkarlandı
-
Ağdamda velosiped qəzası: 14 yaşlı yeniyetmə ağır vəziyyətdədir
-
"Dənizə gedənin ağlı yoxdur"
-
Rusiya Müdafiə Nazirliyi: Bir gündə 400-dən çox PUA vurulub
-
Pirşağıda qadın dənizdə boğularaq öldü
-
Vaqif Qurbanoğlunun qızı vəfat etdi
-
Bakıda restoranda bloqerlər saçyolduya çıxdı - (Video)
-
Sabah temperatur 33 dərəcəyədək yüksələcək - Proqnoz
-
DYP sürücüləri diqqətli olmağa çağırıb
-
30 litr yanacağa sevinən qadınların videosu gündəm oldu - (Video)
-
İyunun 30-da Yer kürəsində güclü maqnit qasırğası gözlənilir





