Siyasət

Zakir Həsənov: “Ermənistanla sərhəddə hər hansı təxribata dərhal cavab tədbirləri görülür”

26 İyun 2022 23:40
Baxış: 1 449

Azərbaycan-Ermənistan sərhədində hər hansı təxribata dərhal adekvat cavab tədbirləri görülür.

Milli.Az bildirir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a müsahibəsində deyib.

"Azərbaycan Ordusu bölmələrinin dislokasiya olunduğu Azərbaycan-Ermənistan dövlət sərhədi sahəsində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata qarşı dərhal adekvat cavab tədbirləri görülür", - nazir vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.