Siyasət

Kanada parlamenti Rusiya aktivlərinin müsadirəsini təsdiqləyib

25 İyun 2022 08:28
0 Şərh     Baxış: 760

Kanada Senatı Rusiya aktivlərinin müsadirəsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Milli.Az "Report"a istinadən bildirir ki, qanun layihəsi xarici vətəndaşların mənzil almasına iki il müddətinə qadağa qoyulması, habelə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə məsuliyyət daşıyanların aktivlərinin müsadirəsini nəzərdə tutur.

Həmçinin bildirilir ki, 450 səhifəlik sənəd parlamentin yuxarı palatasından keçib və rəsmi razılıqdan sonra qanuna çevriləcək.

Layihə Baş nazir Castin Trüdo tərəfindən təklif edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.