Siyasət

Moldova Avropa Müdafiə Fondundan 40 milyon avro alacaq

16 İyun 2022 08:32
0 Şərh     Baxış: 331

Moldova Avropa Müdafiə Fondundan 40 milyon avro alacaq ki, bu da ona müdafiə xərclərini iki dəfə artırmağa imkan verəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Kişinyova səfərindən sonra mətbuat konfransında bildirib.

"Mən Moldovanın neytrallıq statusuna sadiq qaldığını bilirəm. Lakin onun neytral statusu demilitarizasiya demək deyil. Avropa Müdafiə Fondundan alacağınız 40 milyon avro ölkənizin hərbi büdcəsini ikiqat artıracaq mühüm töhfə olacaq", - Makron qeyd edib.

Onun sözlərinə görə, Avropa Ukraynadakı hadisələrin dərhal nəticələrini hiss edən ölkələrə kömək etməlidir və Moldova miqrasiya böhranının birinci pilləsindədir, bu ölkı iqtisadi yükü hiss edir.

Fransa lideri Moldovanın Avropa İttıfaqına namizəd statusu ilə bağlı müraciəti məsələsinə də toxunub. O, müraciətə Avropa Şurasının iyunun 23-24-də keçiriləcək iclasında baxılacağını deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.