Siyasət

Ermənistanda orduya çağırışla bağlı dəyişiklik

7 İyun 2022 08:30
0 Şərh     Baxış: 1 038

Bu ilin payızından çağırışçılar hərbi hissələrə göndərilməzdən əvvəl təlim-məşq təcrübəsindən keçəcəklər.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan hərbi xidmətə çağırışla bağlı son dəyişiklikləri şərh edərkən deyib.

"Bütün çağırışçılar təlimin məcburi mərhələsindən keçəcəklər, yalnız bundan sonra onlar hərbi hissələrə göndəriləcəklər", - Papikyan bildirib.

Onun sözlərinə görə, Ermənistanda yay hərbi xidmətə çağırış iyunun 13-də başlayacaq və iyulun 15-dək davam edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.