Siyasət

Aleksandr Litvinenkonun qətlində ittiham olunan iş adamı koronavirusdan ölüb

4 İyun 2022 20:39
0 Şərh     Baxış: 974

"Böyük Britaniya hakimiyyətinin qətldə ittiham etdiyi Rusiya vətəndaşı, iş adamı Dmitri Kovtun koronavirusdan ölüb".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoy bildirib.

"Dmitri Kovtun iyunun 4-də Moskva xəstəxanalarından birində vəfat edib", - o deyib.

Qeyd edək ki, Böyük Britaniya hakimiyyəti Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş, mərhum zabiti Aleksandr Litvinenkonun ölümündə İqor Kovtunu ittiham edir. O, 1965-ci ildə sovet ordusunda xidmət edib. Böyük Britaniya hakimiyyəti İqor Kovtun və Andrey Luqovoyu Litvinenkonun ölümündə günahlandırır. Kovtun ona qarşı irəli sürülən ittihamları təkzib etməyə hazır olduğunu dəfələrlə bildirmişdi. 2017-ci ildə ABŞ Ədliyyə Nazirliyi onu sanksiyalar siyahısına daxil edib.

Xatırladaq ki, Aleksandr Litvinenko Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovnik-leytenatı rütbəsi ilə istefaya çıxdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin hakimiyyətinin ən fəal tənqidçisi olub. 2000-ci ildə təqiblərdən qurtulmaq üçün Böyük Britaniyaya mühacirət edib. "FTX Rusiyanı partladır" adlı kitabında 1990-cı illərin sonunda Rusiyanı bürüyən terror aktlarını məhz Federal Təhlükəsizlik Xidmətinin törətdiyini bildirib. Onun fikrincə, məsuliyyəti çeçen mücahidlərin üstünə atılan bu terror aktları Vladimir Putini hakimiyyətə gətirmək üçün planlaşdırılmışdı. 2006-cı il noyabrın 1-də Londonda görüş keçirdiyi dostu, Rusiya Dövlət Dumasının deputatı Aleksey Luqovoy tərəfindən zəhərləndiyi bildirilir. Həmin il noyabrın 23-də London xəstəxanalarından birində vəfat edib. Onun ölümünə səbəb kimi tərkibində "Polonium-210" radioaktiv maddə olan zəhər göstərilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.