Siyasət

Rusiya BMT rəsmiləri ilə ərzaq böhranını müzakirə etdi

2 İyun 2022 23:27
0 Şərh     Baxış: 1 079

Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Ukrayna limanlarından taxıl daşınmasını müzakirə ediblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama verib.

Açıqlamada Fomin və Qriffitsin bu gün Moskvada görüşdüyü bildirilib.

Ukraynadan taxıl ixracatındakı problemlərin müzakirə edildiyi görüşdə Fomin Rusiyanın Ukraynanın Qara dənizdəki limanlarını bağlamadığını vurğulayıb.

"Gəmilərin Ukrayna limanlarını tərk edə biləcəyi humanitar dəhliz 2022-ci ilin martından açıqdır", - deyə Fomin qeyd edib.

Qriffitsə Qara dənizdəki limanların minalardan təmizlənməsi üzrə məsuliyyətin Ukraynanın üzərinə düşdüyü bildirilib.

Açıqlamada qida sektorundakı böhranın ABŞ və Qərb ölkələrinin gəmiçilik zəncirlərinə tətbiq etdiyi sanksiyalardan qaynaqlandığı vurğulanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.