Siyasət

Şuşada "ASAN xidmət" qurulacaq

1 İyun 2022 11:03
Baxış: 1 408

Şuşada "ASAN xidmət" mərkəzinin qurulması istiqamətində işlər gedir.

Bunu Trend-ə özəl açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O qeyd edib ki, Qarabağda ciddi infrastruktur, yenidənqurma prosesi həyata keçirilir və Şuşada "Asan xidmət" mərkəzinin açılması nəzərdə tutulub.

"Digər bölgələrdə də əhalinin köçməsi üçün şərait yardıldıqdan sonra bu məsələyə baxılacaq. Hazırda isə Salyan və Lənkəran şəhərlərində "Asan xidmət" mərkəzinin tikintisi davam edir. Bu ilin sonuna qədər onların istifadəsi nəzərdə tutulur", - deyə Ü.Mehdiyev qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.