Siyasət

Ohanyanın əmlakı müsadirə edilə bilər

31 May 2022 08:13
0 Şərh     Baxış: 802

Ermənistan hüquq-mühafizə orqanları bu ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın 3,5 milyon dollarlıq əmlakını və vəsaitini müsadirə etmək niyyətindədir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ermənistan prokurorluğu sabiq müdafiə naziri, parlamentdəki "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyanın əmlakının müsadirə edilməsi ilə bağlı iddia qaldırıb.

Məhkəmə qanunsuz əldə olunmuş əmlakın müsadirəsi ilə bağlı iddianı icraata qəbul edib.

Məhkəmənin müsadirə edəcəyi əmlaklar sırasında ictimai əhəmiyyətli iki torpaq sahəsi, Vahaqni rayonunda malikanə və bir lüks avtomobil var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.