Siyasət

Kadırov Polşanı hədələdi: Cəmi 6 saniyəyə...

26 May 2022 08:04
0 Şərh     Baxış: 1 591

Polşa nə edir? Ukraynadan sonra komanda olarsa, altı saniyəyə nəyə qadir olduğumuzu göstərəcəyik. Yaxşı olar ki, silahlarınızı, muzdlularınızı götürün və səfirimiz üçün rəsmi şəkildə üzr istəyin.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

"Çeçenlərin yaxşı təcrübəsi var: edilən hər şey evə qaytarılır. Dövlətimizlə çox pis oyunlar oynamağa başladınız. Qərbin və Amerikanın sədaları altında oynamayın. Bu yaxşılığa səbəb olmayacaq", - Kadırov bildirib.

Qeyd edək ki, Rusiyanın Polşadakı səfiri Sergey Andreyev Varşavada Sovet əsgərlərinin memorialını ziyarət edən zaman hücuma məruz qalıb. Belə ki, "Faşistlər" şüarı səsləndirən etirazçılar səfirə qırmızı boya atıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.