Siyasət

Putin bu generalları cəzalandırdı - SİYAHI - FOTO

19 May 2022 10:57
0 Şərh     Baxış: 3 348

Ukraynadakı müharibənin gedişatı Rusiya Federasiyasında bir sıra generalların cəzalanmasına səbəb olub.

Milli.Az Britaniya kəşfiyyatının açıqladığı hesabata istinadən bildirir ki, həmin generallar Ukraynadakı müharibənin ilkin mərhələsində hərbi əməliyyatlar planlarının pis hazırlanmasında və nəticədə Rusiyanın Ukraynaya yeritdiyi qoşunların bir sıra istiqamətlərdə ciddi uğursuzluqlara düçar olmasında suçlanıblar.

Cəzalanmış generalların siyahısı belədir:

1. 1-ci qvardiya tank ordusunun komandanı general-leytenant Sergey Kisel. Xarkovun ələ keçirilməsi əməliyyatının uğursuzluğa düçar olmasında suçlanaraq işindən kənarlaşdırılıb

2. Qara Dəniz Hərbi Donanmasının komandanı vitse-admiral İqor Osipov. "Moskva" kreyserinin vurularaq batırılmasına, Odessa və Nikolayev şəhərlərinin ələ keçirilməsi əməliyyatlarının uğursuzluqla bitməsinə yol verdiyi üçün işindən kənarlaşdırılıb

3. Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov. Vəzifəsində qalsa da, ölkə başçısının etimadını itirib və operativ komandanlıqdan faktiki olaraq kənarlaşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.